Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilovun Belediyye.infoya açıqlamasında bələdiyyənin 2016-ci ilin birinci yarımilliyində görülmüş işlər barədə məlumat verib.
Bələdiyyə sədri büdcənin birinci yarımilliyinə olan gəlirlərinin 80.686 manat təşkil etdiyini bildirib.
Sədr bələdiyyə büdcəsinin gəlirlərinin aşağıdakı mənbələrdən formalaşdığını bildirib:
Sədr dövlət büdcəsindən Bərdə bələdiyyəsinə 8500 manat dotasiya ayrıldığını diqqətə çatdırıb.
Bələdiyyənin xərclərindən məlumat verən sədr bildirib ki, car ilin birinci yarımilliyində bələdiyyə büdcəsindən 80.611 manat vəsait xərclənib.
əmək haqqına 12.894 manat, xidmət haqqı kimi 22.068 manat, abadlaşdırma işlərinə 22.212 manat xərclənib. Bərdə bələdiyyəsi tərəfindən maddi yardımlara 820 manat xərclənib.
şəhərin abadlaşdırma işlərinə 22.212 manat xərcləndiyini xüsusilə diqqətə çatdıran bələdiyyə sədri, həmin vəsaitin şəhərin küçələrinin gecə işıqlandırılma dirəklərində təmir işlərinin aparılmasına, şəhərin N.Hikmət, M.Hüseynzadə, A.əhmədov, B.Hacıyev, M.Cəfərov, C.Cabbarlı, H.Cavid küçələrində və Yeni yaşayış massivində yolların təmirinə, habelə yolun sağ və sol hissəsindəki alaq otlarının biçilməsinə sərf edildiyini bildirib.
Sadiq Xəlilov H.əliyev parkının elektrik enerjisinin ödənilməsi də Bərdə bələdiyyəsi tərəfindən ödənildiyini nəzərə çatdırıb.
Eyni zamanda Dövlət tərəfindən ayrılmış 8500 manat dotasiya şəhərin Bakıxanov, A.Məmmədov, Səttarxan, R.Rza küçələrində və Yeni Yaşayış massivinin yollarının təmirinə və yolun sağ və sol hissəsindəki alaq otlarının təmizlənməsi üçün xərclənib.
Sədr birinci yarımildə bələdiyyəyə vətəndaşlar tərəfindən 36 ərizə, müxtəlif təşkilatlar tərəfindən 55 məktub daxil olduğunu bildirib.
Təşkilatlardan daxil olmuş məktublardan 36-ı cavablandırılıb, 19 aidiyyatı orqanlara göndərilib.
Vətəndaşlardan gələn ərizələrin 20-i cavablandırılıb, 15-i aidiyyatı üzrə digər qurumlara göndərilib.
Birinci yarımillikdə 579 vətəndaş sədr tərəfindən fərdi qaydada qəbul edilərək, onlardan 98 nəfərin şikayət və müraciəti təmin olunub, 51 nəfərə hüquqi yardım göstərilib.
Belediyye.info